17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.
"İki sahil" xəbər verir ki, yığmamızla bərabər Norveç, Belçika və Lüksemburq komandalarının yer aldığı 3-cü qrupun oyunları Belçikada baş tutacaq.
Qeyd edək ki, oyunlar 5-12 oktyabr tarixlərində təşkil olunacaq.