16 yanvar 2020 16:21
560

Millimizin futbolçuları testdən keçib

Bakı Olimpiya Stadionunun süni meydançasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvlərindən fiziki test normativləri götürülüb. 

"İki sahil" AFFA-nın saytına istinadən xəbər verir ki, testlər aşağı yaş qrupu üzrə yığma komandaların fiziki hazırlıq üzrə məşqçisi Vladimir Mrdakoviç tərəfindən keçirilib.

İki gün davam edən testlər zamanı futbolçuların güc, dözümlülük, koordinasiya və hündürə tullanmaq keyfiyyətləri yoxlanılıb.