28 mart 2019 12:13
2422

Min bir dərdin dərmanı şüyüd...

Diabet günümüzdə çox rast gəlinən və insanın həyat keyfiyyətini azaldan çox ciddi bir xəstəlikdir. Qeyri-sağlam qidalanma nəticəsində yarana biləcək artıq çəki və diabet xəstəliyinə qidalanma vərdişlərini tənzimləyərək nəzarət edilə bilər.

Ekspertlər tərəfindən tövsiyə olunan şüyüd salatlara əlavə etdiyimiz dadlı bir qidadır. Şüyüd istehlakı ilə 1 həftə ərzində gözə çarpacaq dərəcədə çəkinizi aşağı sala bilərsiniz.

Tərkibindəki faydalı qida maddələr sayəsində, bir çox müxtəlif yeməklərdə mineral və vitamin deposu kimi istifadə oluna bilər. Balıq yeməklərinə əlavə olaraq şorba, salat və souslarda da istifadə etmək olar.

Bir az doğranmış şüyüdü yeməkdən təxminən 15 dəqiqə əvvəl istifadə edərək özünüzü uzun müddət tox hiss edə bilərsiniz.

Şüyüd bol miqdarda fosfor, maqnezium, mis, dəmir, sink,  A və C vitaminləri ehtiva edir.

Bir tutam şüyüd yeyərək gündəlik A vitamini ehtiyacınızın 43% -ni və gündəlik C vitamini ehtiyacının 40% -ni qarşılaya bilərsiniz.

Şüyüd həm də həzm sistemində əmələ gələn problemlər, mədə ağrısı və s. kimi sağlamlıq problemlərinin müalicəsində istifadə edilən təbii bir üsuldur.

Şüyüdün tərkibindəki bol miqdarda kalsiumun olması sümük sağlamlığını da qoruyur. Şüyüddən hıçqırğın müalicəsində də istifadə edilə bilər.

Bu bitkinin B vitamini və içərisində yağlar insanı yuxusuzluqdan qoruyur, sakitləşdirici təsir yaradır.

Şüyüd eyni zamanda xərçəngin müalicəsində istifadə olunur. Romatizm, iltihab, qurd, artrit xəstəliklərinin səbəb olduğu ağrıları azaldır.

Ağız və diş xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Şüyüd yarpaqlarının istifadəsi ağız içi infeksiyaları müalicə edə bilər. Şüyüd depressiyanı azaltmağa kömək edir.

Şüyüd təbii insulin kimi diabetin istifadəsi üçün uyğundur, xolesterolu azaldır, tənəffüs yolu xəstəliklərində terapevtik təsir göstərir.

Röya Rasimqızı, “İki sahil”