11 yanvar 2019 20:41
3204

Misir mumiyasının sirri açıldı

İspaniyanın milli arxeologiya muzeyi Qədim Misir mumiyası barədə yeni məlumatlar dərc edib.

Bu barədə “El Pais” qəzeti məlumat yayıb. Bildirilir ki, mumiya 2016-cı ildə ekspertizaya göndərilmişdi və nəticələr yeni məlumatlar paylaşmağa imkan verir.

2016-cı ildə tədqiqatçılar dörd eksponatı skan etmək üçün göndərmişdilər. Mumiyalar həkimlərin istifadə etdiyi cihazlarla diaqnostika edilib.
Məlum olub ki, kimə aid olduğu bilinməyən mumiyalardan biri Nespamedu adlı rahibə məxsusdur. Nespamedu firon II Ptolemeyin və III Ptolemeyin şəxsi göz həkimi olub.

Mumiya 1925-ci ildə Qahirədə İqnasio Bauer adlı alim tərəfindən tapılıb. İlkin olaraq mumiyanın bir qadına aid olduğu düşünülürdü.

Tədqiqatçılar əmindirlər ki, Nespamedu kifayət qədər varlı olub. Çünki mumiya daş-qaşla bəzədilib və üzərindəki parçada Tanrıların təsvirləri var.