28 oktyabr 2020 19:06
709

Misir saytı: Ermənistanın müharibə cinayətləri davam edir

Misirin geniş oxucu auditoriyasına malik “Rayetmisr” saytı Ermənistanın növbəti müharibə cinayətindən yazıb.

AZƏRTAC-ın foto və xəbərinə istinadla yayılmış yazıda qeyd olunub ki, döyüş meydanında ağır zərbələr alan, Azərbaycan Ordusu qarşısında aciz qalan Ermənistan silahlı qüvvələri dinc əhalini hədəfə alır.

Xəbərdə vurğulanıb ki, artıq Bərdə şəhərinə raket hücumları nəticəsində onlarla mülki şəxs həlak olub, xeyli sayda yaralı var. Ən dəhşətlisi isə Ermənistanın raket zərbələri nəticəsində azyaşlıların və qadınların həyatını itirməsidir.

Xəbərdə dinc əhaliyə qarşı bütün bu hücumların müharibə cinayəti olduğu vurğulanır.