11 iyul 2020 13:24
878

Misirdə COVID-19-a yoluxanların sayı 80 min nəfəri keçib

Misirdə COVID-19-a yoluxanların sayı 80 min nəfəri keçib. AZƏRTAC xəbər verir ki, bu ölkənin Səhiyyə Nazirliyi son sutka ərzində daha 981 nəfərin yeni növ koronavirusa yoluxduğunu, 85 pasiyentin isə vəfat etdiyini bildirib.

Nazirliyin mətbuat katibi Xalid Meqahed qeyd edib ki, pandemiya başlayandan indiyədək ölkədə 80 min 235 yoluxma, 3702 ölüm faktı qeydə alınıb, 23 mindən çox pasiyent isə sağalıb. O, bəzi mətbuat orqanlarında Misirdə uşaqlar arasında kavasaki xəstəliyinin (ağciyərlərdə orta və kiçik arteriyaların zədələnməsi) yayılması barədə çıxan xəbərləri təkzib edib.

Misir Prezidenti Əbdülfəttah əl-Sisi nazirlərlə keçirdiyi müşavirədə karantin xəstəxanalarının dərman preparatları və tibbi ləvazimatla təchiz edilməsinə nəzarətin gücləndirilməsi, habelə pandemiyanın sosial-iqtisadi fəsadlarının tezliklə aradan qaldırılması barədə tapşırıqlar verib.