15 iyul 2020 13:47
1002

Misirdə COVID-19-dan vəfat edənlərin sayı 4 mini keçib

Misirdə COVID-19-dan vəfat edənlərin sayı 4 mini keçib. Bu, Yaxın Şərq və Afrika ölkələri arasında ən yüksək rəqəmdir. AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında bildirilib ki, indiyədək yeni növ koronavirusa 84 minə yaxın insan yoluxub, onlardan 25 min nəfər sağalıb.

Ümumilikdə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Afrika qitəsində indiyədək COVID-19-a 630 minə yaxın insan yoluxub, 14 mindən çox ölüm faktı qeydə alınıb.