16 oktyabr 2019 10:46
609

Moldova xalqı Prezident İqor Dodona etimad göstərir

Moldovada keçirilən rəy sorğusunun nəticələrinə görə, xalq Prezident İqor Dodon böyük etimad göstərir.

AZƏRTAC xəbər verir ki, “Intellect Group” şirkətinin paytaxt Kişineuda apardığı rəy sorğusunda İqor Dodona etimad göstərənlər əhalinin 39,6 faiz təşkil edib. İkinci yerdə 27,8 faizlə Baş Nazir Maiya Sandu, üçüncü yerdə isə 27,3 faizlə parlamentin sədri Zinaida Qrençanıy qərarlaşıblar.

Sorğuda iştirak edənlər İqor Dodonun xalqın rifahının yüksəldilməsi üçün lazımi işlər gördüyünü bildiriblər.