21 noyabr 2019 21:01
851

Monolit birlik, sosial baza və yüksək intellekt

Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi Goranboy rayonunda qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstəsi qoyaraq  onun əziz xatirəsini etiramla yad ediblər.

YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov bildirdi ki, Yeni Azərbaycan Partiyası  tariximizin son dərəcə ağır və keşməkeşli günlərdə, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Heydər Əliyevin rəhbərliyi ilə  və bu böyük şəxsiyyətin ətrafında birləşən insanların        fəal iştirakı ilə yaranıb.  Vurğulanıb ki, 27 ildə böyük siyasi qüvvəyə çevrilən YAP  ölkəmizin davamlı tərəqqi yoluna çıxarılması və dinamik inkişafı, respublikamızın regionun lider dövləti olaraq dünyadakı mövqeyinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı işlərə böyük töhfələr verib. E.İsmayılov qeyd edib ki, ulu öndər Heydər Əliyevin ideyaları bu gün Prezident,  Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.                                                 

Goranboy rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyyam Quliyev qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni bir vəzifə durur- müstəqil Azərbaycanı daha da  inkişaf etdirmək, onu regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaq.

 Tədbirdə çıxış edən Gündüz  Hacıyev  Cəfər Verdiyev Yeni Azərbaycan Partiyasının 27-illik fəaliyyəti barədə ətraflı danışaraq qeyd ediblər ki, YAP  monolit birliyi, sosial bazası və yüksək intellekti olan siyasi təşkilat olaraq ölkəmizin ictimai siyasi həyatında əvəzsiz işlər görür.

Sonda bir qrup gənclərə YAP vəsiqələri təqdim edilib.

Zahid Rza, “İki sahil”