01 iyun 2020 15:57
821

Monteneqro mətbuatı Azərbaycandan yazdı

Monteneqro mətbuatında yazıçı və publisist Bojidor Proroçiçin “Monteneqro və Azərbaycan may şəfəqləri işığında” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə hər iki xalqın azadlıq mübarizəsindən, bu yolda verdiyi qurbanlardan və tarixlərində may inqilablarının önəmindən geniş danışılıb, paralellər aparılıb.

Yazıda Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən, ötən dövrdəki inkişafından, siyasi və iqtisadi uğurlarından da söhbət açılıb. Habelə qeyd olunub ki, Monteneqro ilə Azərbaycanın diplomatik münasibətləri iki dost xalq arasında müstəsna bir əməkdaşlıqdır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası 2006-cı ilin iyulunda Monteneqronun müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 2008-ci ilin aprelində qurulub.