15 mart 2019 10:22
124

Monteneqro mətbuatı VII Qlobal Bakı Forumu haqqında yazıb - FOTO

Monteneqronun ictimai televiziya və radio xidmətinin, eləcə də geniş oxucu kütləsinə malik olan cdm.me saytlarında VII Qlobal Bakı Forumu haqqında məqalə yerləşdirilib.

Məqalələrdə Monteneqro Prezidenti Milo Cukanoviçin Azərbaycana səfəri barədə məlumat verilib.

Eyni zamanda, Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlərdən, Azərbaycanın xarici siyasəti və ölkəmizdəki multikultural dəyərlərdən danışılıb.

Qeyd edilib ki, Forumda çıxış edən Monteneqro Prezidenti burada iştirak etməkdən məmnunluğunu bildirib. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsini və Foruma nüfuzlu iştirakçıların qatılmasının sevindirici hal olduğunu söyləyib. Milo Cukanoviç ötən illər keçirilən forumlarda ölkəsinin yüksək səviyyədə təmsil olunduğunu və sabiq Prezident Filip Vuyanoviçin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü kimi fəaliyyətini qeyd edib.

Məqalələrdə, həmçinin M.Cukanoviçin ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşdüyü, iki ölkə arasında əlaqələrin perspektivlərinin müzakirə edildiyi qeyd edilib.