25 iyun 2019 18:57
192

Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

Monteneqronun Baş Naziri Duşko Markoviçin Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 25-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqro hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Monteneqronun Baş Naziri Duşko Markoviçi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov və digər rəsmi şəxslər yola saldılar.