07 iyul 2019 15:07
155

Mourinyo futbol tarixinə düşməkdən imtina etdi

Portuqaliyalı mütəxəssis Joze Mourinyo, onu futbol tarixinin ən çox qazanan baş məqşçisi edəcək müqaviləni imzalamaqdan imtina edib.

Bu barədə “Sky Sports” məlumat yayıb.  Xəbərdə qeyd olunur ki, Mourinyo “Quançjou Everqrande”nin təklif etdiyi 100 milyon avroluq müqaviləni imzalamaqdan imtina edib. 

Bildirilir ki, bu ilin aprelindəı Everqrande qrupunun prezidenti Xu Jiayin ilə Londonda görüşən Mourinyo ona Avropada çalışmaq istədiyini söyləyib.