11 avqust 2020 13:43
986

Mövlud Çavuşoğlu Azərbaycana gələcək

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov həmkarı Mövlud Çavuşoğlunu Azərbaycana səfərə dəvət edib. 

"Report" xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə brifinqdə bildirib. 

M.Çavuşoğlu C.Bayramovun dəvətini müsbət qarşılayıb və Azərbaycana səfər edəcəyini açıqlayıb.