11 avqust 2020 15:11
845

Mövlud Çavuşoğlu: Güzəştə getməyəcəyik

“Aralıq dənizinin şərqində xoş niyyət göstərdik. Hörmətli Merkelin tələbi ilə bəzi müvəqqəti jestlər etdik, dialoq üçün səy göstərdik. Müsbət addımlar yox, mənfi addımlar gördük. Beləliklə, gəmilərimizi yenidən hərəkətə keçirdik. Buradakı qətiyyətimiz tamdır. Heç kim deyə bilməz ki, yaxşı niyyət göstərmədik”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib. O, Aralıq dənizinin şərqində həm Türkiyənin, həm də Kipr türklərinin hüquqlarını sonuna qədər müdafiə edəcəklərini və güzəştə getməyəcəklərini vurğulayıb.