18 oktyabr 2019 16:34
510

MSK açıqladı: sabahdan başlayır

Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi prosesi sabahdan - oktyabrın 19-dan başlayacaq.

"Report" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.

Bildirilib ki, seçkilərdə iştirak etməyən istəyən şəxslər seçkilərin təyin olunması ilə bağlı qərarın dərc edildiyi gündən - oktyabrın 19-dan namizədliklərini irəli sürə bilərlər.