22 may 2019 19:00
395

Müdafiə naziri tapşırıq verib

Müdafiə naziri düşmənin təxribat cəhdlərinin qarşısının alınması barədə tapşırıq verib

Silahlı Qüvvələrin genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində cəbhəboyu zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə ön xətt bölmələrində olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, general-polkovnik Zakir Həsənov bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb, Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib. Nazir əldə olunan məlumatlara əsasən, düşmənin törədə biləcək təxribat cəhdlərinin qarşısının bütün atəş vasitələrinin tətbiqi ilə dərhal alınması barədə müvafiq tapşırıqlar verib.