Müğənni Robbi Uilyams 10 ildən çoxdur mobil telefon işlətmədiyini etiraf edib.
"İki sahil" Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
"2006-cı ildən mobil telefonum yoxdur. Mən həmişə kompüterlə işləyirəm. Mənim həmişə "Wi-Fi"yım var. Telefonu sevmədiyimə görə ondan canımı qurtarmışam", - müğənni bildirib.
Qeyd edilir ki, Robbi Uilyams mobil telefondan imtina edən ilk tanınmış deyil. Məsələn, 2016-cı ildə Elton Con mobil telefon istifadəsindən qaçdığını açıqlamışdı.