21 yanvar 2021 19:49
2128

Müqəddəs Məryəm Ana Katolik Kilsəsi barədə videoçarx hazırlanıb - VİDEO

Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Müqəddəs Məryəm Ana Katolik Kilsəsi barədə videoçarx hazırlayıb.

“İki sahil” xəbər verir ki, Müqəddəs Məryəm Ana Katolik Kilsəsi Bakıda 1912-ci ildə neft maqnatları – Rılskilər ailəsi tərəfindən “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kostyolu - polyak katolik kilsəsi inşa (memarı İ.K.Ploşko) edilib. Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm ana kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb.

7 mart 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin kilsənin rəsmi açılış mərasimində iştirak ediblər.