26 sentyabr 2020 17:57
820

Müsabiqənin nəticələri sentyabrın 28-də elan olunacaq

2020-2021-ci tədris ilində rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.

“İki sahil” APA-ya istinadla xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin xəbərinə görə, ümumi ixtisas seçimi etmiş namizədlərin sayı 456 olub. Onlardan 424-ü Azərbaycan, 32-si rus bölməsindən olan namizədlərdir. 

Qeyd edək ki, müsabiqəyə yalnız “Namizədin electron ərizəsi”ndə ixtisasları seçmiş və təsdiq etmiş namizədlər buraxılacaq. 

Rezidenturaya qəbul olmaq üçün müsabiqə nəticələrinin tarixi açıqlanıb. Müsabiqənin nəticələri sentyabrın 28-də elan olunacaq.