25 yanvar 2021 00:02
1105

Muzey və sərgi zalları açıldı

Bu gündən muzey və sərgi zallarının fəaliyyətinə icazə verilir.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanvarın 16-da imzalanmış Qərarında qeyd edilir.

Bildirilir ki, 2021-ci il 25 yanvar saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, muzey və sərgi zallarının fəaliyyətinə icazə verilir.