05 noyabr 2019 19:21
1143

Nadir tapılan və ekzotik ərzaqlar

Dünyada elə ərzaqlar var ki, onları tapmaq çətindir və həmin qidaların qiymətləri də insanları çox təəccübləndirir. Hər insanın öz damaq dadı var. Bahalı ərzaqlardan bəziləri bunlardır:

Qara qarpız: Bu qarpızın adı Densukedir. Onu Şimali Yaponiyanın Hokkaydo adasında yetişdirirlər. Qara qarpızın dəyəri 6100 dollara çatır. Bu maraqlı giləmeyvənin özəlliyi təkcə onun ekzotik dadı sayılmır, qara rənginə görə seçilir. Densuke yapon dilində “düyü tarlasına kömək”kimi tərcümə olunur.

Qara fil qəhvəsi: Qara fil qəhvəsini icad edən Bleyk Dinkindir. O, filləri taylıların Arabika qəhvəsinin dənələri ilə yedizdirib və nəcislərini toplayaraq ondan möhtəşəm bir dad yaradıb. Bu qəhvənin qiyməti 2000 dollardır. Çox maraqlıdır ki, insanlar filin nəcisindən yaranan bu qəhvəyə küllü miqdarda pul xərcləyirlər.

“Almas kürüsü”: Almas adlanan bu ağ kürünü Xəzər dənizində olan ağbalıqdan əldə edirlər. Bu kürünü Londonda “Cavier House and Prunier” mağazasında tapmaq olar. Kürü 24 əyarlı qızıl bankaya qoyulur. Dünyada ən bahalı kürü sayılır.ABŞ-da bu kürü 25.000 dollara satılır.

“Vaqyu inək əti”: Vaqyu inək ətindən hazırlanan steyk çox nadir yeməklərdən biri sayılır. Vaqyu inək əti digərlərindən seçilir. Bu inək növünün əti mərmər struktura malikdir. Vaqyu inəklərinə pivə içizdirirlər, ən bahalı yemlər yedizdirirlər və onları masaj edirlər ki, ətləri daha keyfiyyətli və dadlı olsun. Belə ətin 1 kiloqramı təxminən 500 dollardır.

“Ayam Çemani”: Ayam Çemani Yaponiyada yetişdirilən qara  toyuqlara deyirlər. Bu qəribə məxluqların piqmentasiya səviyyəsi çox yüksəkdir. Onların təkcə dərilərinin rəngi qara deyil, hətta əzələ və sümükləri də qara olur. Ayam Çemani toyuqlarının əti çox dadlı olur. Qeyri-adi dada malik olan toyuq ətinin tərkibində zülal çoxdur, piylər isə demək olar ki,yox dərəcəsindədir. Maraqlı olan isə odur ki, bu toyuq növünü yetişdirməyə çox sərmayə qoyulmur, lakin satış qiyməti çox bahadır. Qara toyuğun bir ədədi 800 dollardır.

“Ağ göbələklər”: Ağ göbələklər dünyada çox nadir tapılan göbələk növünə aiddir. Belə nəfis dadı dadmaq təxminən 8000 dollara başa gəlir. Bu göbələk növünü yalnız dünyanın ən böyük və bahalı restoranlarında görmək olar.Ağ göbələkləri süni şəkildə yetişdirmək mümkün olmur, ona görə də, bu növ göbələklərin qiyməti də çox yüksəkdir.

Roma üzümü: Bu üzüm növünü Romada deyil,Yaponiyada yetişdirirlər. Roma üzümü başqa növlərdən spesifik dadı,rəngi və iri ölçülərinə görə seçilir. Bu üzümün bir dənəsi böyük bir pin-ponq topuna bənzəyir. Roma üzümünün bir qutusu 11000 dollardır.

Mirfactov.com saytının materiallari əsasında hazırladı: 

Samirə Tağıyeva, “İki sahil”