Aktyor Alen Delonun keçmiş həyat yoldaşı, fransız aktrisa Natali Delon vəfat edib.
"İki sahil" xəbər verir ki, aktrisa 79 yaşında dünyasını dəyişib.
Natali və Alen Delon 1964-1969-ci illərdə evli olublar, onların oğlu da aktyordur. Aktrisanın ölüm səbəbi açıqlanmır.
Natali Delon onlarla filmdə rol alıb. O, Alen Delonla "Samuray" (1967) filmində çəkilib.