07 iyun 2020 10:14
906

NATO plan hazırlayır

NATO koronavirusun ikinci dalğası meydana gəldiyi təqdirdə alyans üzvlərinə və tərəfdaşlarına kömək etmək üçün plan hazırlayır.

“Report” xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, iyunun ortalarında NATO-ya üzv ölkələrin müdafiə nazirlərinə konkret planlar veriləcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Kluqe bəyan edib ki, payızda yeni növ koronavirus (COVID-19) pandemiyasının ikinci dalğası gözlənilir.