25 fevral 2020 17:11
1495

Naxçıvan iqtisadiyyatı 1% böyüyüb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 173,7milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 2% artaraq 376 manat olub.

Aylıq ÜDM-in təxminən 54%-i, yaxud 93,7 milyon manatlıq hissəsi sənaye sektorunda istehsal olunub.