19 avqust 2019 16:29
682

Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur

Naxçıvan Qarnizonu qoşunlarında üçpilləli, ikitərəfli keçirilən növbəti komanda-qərargah təlimi müxtəlif mərhələlərdə icra edilir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlim çərçivəsində “həyəcan” siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların idarə olunması praktiki həyata keçirilir. Ərazidə əməliyyatların qərargahlar tərəfindən planlaşdırılmasından sonra qəbul edilmiş qərarlar Simulyasiya mərkəzində kompüterlər üzərində icra olunacaq.

Təlim avqustun 24-dək davam edəcək.