26 sentyabr 2020 14:49
1017

Naxçıvanda beşinci “Arıçılıq məhsulları – bal festivalı” keçirilir

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində beşinci “Arıçılıq məhsulları – bal festivalı” keçirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu gün saat 11:00-da başlayan festivalda muxtar respublikanın müxtəlif bölgələrində arıçılıqla məşğul olan ailə təsərrüfatları, sahibkarlar iştirak edirlər.

Festivala gətirilən müxtəlif arıçılıq məhsulları iştirakçılar tərəfindən maraqla qarşılanıb.