12 avqust 2020 12:00
890

Naxçıvanda əsas kapitala yönəldilən vəsaitin həcmi artıb

Vəsait qoyuluşları çərçivəsində bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 594 mln 960,6 min manat vəsait yönəldilib.

“Report” Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, bir il öncəki göstəricidən 1,3% çoxdur.