19 fevral 2019 11:57
980

Naxçıvanda komanda-qərargah təlimlərinə başlanılıb

Naxçıvan Qarnizonu qoşunlarında 2019-cu tədris ilinin ilk komanda-qərargah təlimi başlayıb.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həyəcan siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların idarəetmə sistemləri vasitəsilə idarə olunması praktiki həyata keçirilir.

Üçpilləli komanda-qərargah təlimi iki mərhələdə icra edilir.

Təlim fevralın 23-dək davam edəcək.