22 yanvar 2021 14:27
848

Nazir: Çox yaxın zamanda Zəfər Muzeyinin yeri ictimaiyyətə açıqlanacaq

“Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır”.

"İki sahil" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

O qeyd edib ki, aidiyyəti dövlət qurumları və ekspertlərlə danışıqlar aparılır: “Müzakirələr hələ tamamlanmayıb. Ümid edirik ki, çox yaxın zamanda Zəfər Muzeyinin yeri ictimaiyyətə açıqlanacaq”.