23 avqust 2019 13:31
540

Nazir Ri Yon-ho: KXDR ABŞ ilə dialoqa da, qarşıdurmaya da hazırdır

Koreya Xalq Demokratik Respublikası (KXDR) Birləşmiş Ştatlar ilə dialoqa da, qarşıdurmaya da hazırdır.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu KXDR-in Xarici İşlər naziri Ri Yon-ho bəyan edib. KXDR rəsmisi bununla bərabər, Vaşinqtonun ölkəsinə tətbiq etdiyi sanksiyaların səhv hesablanmış addımlar olduğunu bildirib.

“ABŞ-KXDR danışıqları üzərində qaranlıq kölgələr var” fikrinə görə Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeonu qınayan Ri Yon-ho əlavə edib ki, Pompeonu Vaşinqtonun xarici siyasətindən daha çox özünün şəxsi ambisiyaları maraqlandırır. Şimali Koreya rəsmisi Vaşinqtonun düşmən münasibətinin davam edəcəyi halda, KXDR-in ABŞ üçün ən böyük təhdid kimi qalacağını xəbərdar edib.

Qeyd edək ki, nüvə silahı ilə əlaqədar KXDR-ABŞ danışıqları fevralda Hanoyda nəticəsiz başa çatıb.