03 dekabr 2020 12:00
733

Nazir Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

Müdafiə naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.