19 sentyabr 2019 14:20
606

Nazir: TANAP-la indiyədək 2,5 milyard kubmetrdən çox təbii qaz göndərilib

Bu vaxtadək TANAP boru kəməri ilə Türkiyəyə 2,5 milyard kubmetrdən çox təbii qaz ixrac edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı sentyabrın 19-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

P.Şahbazov qeyd edib ki, layihə üzrə icra edilən işlər isə 99,9 faiz səviyyəsindədir.

Qeyd edək ki, TANAP qaz kəməri keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması planlaşdırılır.