27 yanvar 2020 12:41
1028

Nazirlərin görüşü Cenevrədə olacaq

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq

Bu il yanvarın 29-30-da İsveçrənin Cenevrə şəhərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə görüşünün keçirilməsi nəzərdə tutulur.