18 may 2020 16:39
1066

Nazirlik Operativ Qərargahın qərarını gözləyir

Gənclər və İdman Nazirliyi idman qurğularının açılması və yarışların bərpası üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyir. 

Bu barədə "Report"a nazirliyin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib. Onun sözlərinə görə, hələlik stadionlar da daxil olmaqla, idman qurğularına dair heç bir qəti qərar yoxdur. 

Nazirlik rəsmisi Operativ Qərargahın idman qurğularının açılması ilə bağlı qərarından sonra fikir bildirəcəklərini söyləyib: "Qərar yoxdursa, hələ ki, bu barədə danışa bilməyəcəyik. Operativ Qərargahın qərarından sonra bu mövzuda fikir söyləmək olar". 

Qeyd edək ki, Azərbaycanda martın 13-də bütün kütləvi idman tədbirləri qeyri-müəyyən müddətədək təxirə salınıb.