05 noyabr 2019 21:47
1161

Nazpəri arıqlama sirrini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva son günlər xeyli çəki atması ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, müğənni "Faydalı saat" verilişində arıqlama sirrini bölüşüb. Dostəliyeva bildirib ki, az yeyərək, artıq çəkidən xilas olub:

"İdmana gedəndə, heç nə yemirəm. Səhər evdən ac çıxıram. Axşam da qayıdanda nəsə tapsam yeyirəm, tapmasam yox. Təbii meyvə şirələri içirəm. Ən əsası isə balqabaq şirəsi içirəm. Onun faydasını çox gördüm".