03 iyul 2020 14:10
1439

NBA-da 9 yeni yoluxma

Amerika Basketbol Liqasında (NBA) forma geyinən 9 oyunçuda yeni növ koronavirus (COVID-19) infeksiyası aşkarlanıb.

“İki sahil” NBA-nın internet saytına istinadən xəbər verir ki, 344 oyunçu (COVID-19) testindən keçib və onlardan 9-nun nəticəsi pozitiv olub.

Xatırladaq ki, pandemiya səbəbindən dayandırılmış NBA-nın 31 iyuldan başlanacağı bildirilib.