22 aprel 2019 10:48
11094

Nə üçün gel-lak ziyanlıdır?

Bu gün gel-lakdan demək olar ki, qadınların əksəriyyəti istifadə edir. Bu vasitə dırnaqlarda 2- 3 həftə heç bir zərər görmədən qala bilir və dırnaqlar mükəmməl görünür. Bununla qadınlar  vaxta, pula qənaət etmiş olurlar. Bir çoxları hesab edir ki, bu üsul ideal variantdır, lakin sağlamlığa zərər yetirdiyini də, unutmamaq lazımdır.

Ən böyük təhlükə isə məhsulun tərkibində təhlükəli toksin maddələrin olmasıdır. Burada əsas bir şeyi diqqətdə saxlamaq lazımdır ki, keyfiyyətli dırnaq boyası var, keyfiyyətsiz dırnaq boyası var. Professional gel - dırnaq boyası tamamilə təhlükəsizdir, onun tərkibində toksin maddələr yoxdur və onlar dırnağın tərkibinə daxil olmur.

Digər bir vəziyyət isə odur ki, ucuz və keyfiyyətsiz dırnaq boyaları daha sərfəli olsa da, tərkibində ağır toksin maddələr mövcuddur:

Formaldehid

Toluol

Ksilen

Dibutil ftalat

Bu komponentlər müxtəlif nəticələrə gətirib çıxara bilər. Belə ki, əllərdə və dırnaqlarda qızartılar, səpkilər, şişmələr və bəzi hallarda da yanıqlara da səbəb ola bilər. Bundan başqa, diputil ftalat dırnaqların tərkibinə və dırnaq ətinə daxil olaraq qadınların reproduktiv sisteminə mənfi təsir göstərir. Toluol böyrəklərin və qara ciyərin işini pozur, formaldehid neyrotoksin kimi məşhurdur. Belə dırnaq boyalarından istifadə etmək nəticədə qadınların orqanizminə ciddi zərər yetirə bilər.

Çox vaxt gel ilə örtülü olan dırnaq nəfəs almır kimi fikirlər eşidirk.  Belə bir fikir yanlışdır, ona görə ki, dırnaqlar ümumiyyətlə, nəfəs almır, onlar "ölü materiyadır".

Yerdə qalan hallar isə qeyri-professional ustadan və ya qadınların özlərinin yol verdikləri səhvlərdən irəli gəlir:

* Həddindən artıq dırnaqları yonmaq dırnaq qatını zədələyə bilər

* Qeyri - steril alətlər hepatit və göbələk xəstəliyinə səbəb ola bilər.

* Heç bir vaxt geli soyub çıxartmaq olmaz, bu dırnaqların ciddi şəkildə zədələnməsinə səbəb ola bilər. Vasitəni yalnız usta xüsusi vasitələrlə çıxartmalıdır.

* Gel-lakı uzunmüddətli daşımaq olmaz. Vaxtı bitmiş gel-lak allergiyaya və astmaya səbəb ola biləcək maddələr ifraz edir və nəticədə qadın orqanizmi zərər çəkir.

Könül Cavid, “İki sahil”