16 yanvar 2019 11:38
718

Nəcməddin Sadıkov NATO-nun toplantısında FOTO

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində NATO-nun mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli dəstək” missiyası formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, görüşdə Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri üçün təlim, dəstək və məsləhət məqsədilə NATO-nun rəhbərliyi altında aparılan “Qətiyyətli dəstək” missiyasının əməliyyat şəraiti və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparılıb, həmçinin 2019-cu il və sonrakı dövrlərlə bağlı fikir və tövsiyələr dinlənilib.