15 yanvar 2019 10:56
464

Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin Qətiyyətli Dəstək missiyası formatında keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

"İki sahil" Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən informasiya verir ki, tədbir 15-16 yanvar tarixlərində NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.