05 noyabr 2019 13:04
222

"Neft Daşları"ından hasil olunan neft və qazın həcmi açıqlandı

Xəzərin Azərbaycan sektorunda yerləşən "Neft Daşları"  yatağında indiyədək 2 min civarında quyu qazılıb, 200 kilometrə yaxın estakada, 333 istehsalat meydançası tikilib, 100 kilometrlərlə neft, qaz, su kəmərləri çəkilib.

"İki sahil"in məlumatına görə, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Neft Daşları"na təşkil edilmiş media-tur zamanı bildirib. 

Onun sözlərinə görə, ötən müddətdə "Neft Daşları" yatağından 176 mln. ton neft və 13,6 mlrd. kubmetrə yaxın təbii qaz hasil olunub: “Ümumilikdə “Neft Daşları” NQÇİ-nin istismar etdiyi "Neft Daşları" və “Palçıq pilpiləsi” yataqlarından indiyədək 186 mln. ton neft və 14,3 mlrd. kubmetr qaz hasil olunub. Beləliklə, "Neft Daşları"  NQÇİ istismarı dövründə ölkənin neft hasilatının 13 faizini birbaşa təmin edib”. 

Orxan Vahidoğlu,

"İki sahil"