21 may 2019 11:40
608

Neft Daşlarındakı yataqlardan çıxarılan neft və təbii qazın həcmi açıqlanıb

Bu günə qədər Neft Daşlarındakı yataqlardan 175 milyon tondan çox neft və 13 milyard 551 milyon kubmetr təbii qaz hasil olunub.

Bu barədə SOCAR məlumat yayıb.

Qeyd edək ki, Neft Daşları dünyada dənizdə qurulan ilk neft platforması kimi Ginnesin Rekordlar Kitabına düşüb.