16 yanvar 2021 19:47
809

Neft məhsulları ixracı artıb

2020-ci ildə Azərbaycan 29,02 milyon ton neft ixrac edib ki, bu da 2019-cu illə müqayisədə 5,8 faiz azdır.

“İki sahil” Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, Azərbaycan 2020-ci ildə 9,36 milyard dollar məbləğində neft ixrac edib. Bu, ötən ilin eyn dövrü ilə müqayisədə 36,7 faiz azdır.

Eyni zamanda, neft məhsullarının ixracı 1,063 milyon ton neft məhsulu təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 8,5 faiz çox olub.