05 iyun 2020 09:59
885

Neft və təbii qaz bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyul müqaviləsinin dəyəri 0,22% artaraq 1 barrelə görə 40,21 dollar təşkil edib.

"İki sahil" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barrelinin dəyəri 0,21% artaraq 37,49 dollar təşkil edib.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. İyulda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,33% artaraq 1,83 ABŞ dolları təşkil edib.