10 iyun 2019 15:09
353

“Neftçi” müdafiəçisi Ruslan Abışovla müqaviləyə xitam verib

“Neftçi” yetirməsi Ruslan Abışovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, “Neftçi”nin rəhbərliyi 31 yaşlı müdafiəçiyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, R.Abışov 2006-2012-ci, 2016-2019-cu illərdə “Neftçi”nin heyətində 148 oyun keçirib və 13 qol vurub.