25 noyabr 2020 15:01
339

"Neftçi"nin daha bir futbolçusu koronavirus xəstəliyi keçirib

"Neftçi" klubunun daha bir futbolçusu koronavirusa yoluxub.

Klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin verdiyi məlumata görə, cinah müdafiəçisi Cabir Əmirlinin zədəli olduğu dönəmdə COVID-19 testi müsbət nəticələnib.

Allahverdiyev Əmirlinin koronavirusdan sağaldığını da bildirib. "O, hazırda qapıçı Səlahət Ağayevlə birlikdə fərdi məşqlər edir".

Qeyd edək ki, daha əvvəl "Neftçi"nin konqolu futbolçusu Prins İbara koronavirusdan sağalıb. Kapitan Emin Mahmudov və hücumçu Mirabdulla Abbasov koronavirusa yoluxduqları üçün hazırda karantindədirlər.

"Report"