12 avqust 2020 12:22
816

"Neftçi"nin rəqibindən növbəti transfer

"Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi  "Şkupi" növbəti transferini həyata keçirib.

“İki sahil” “Sportmedia" nəşrinə istinadən xəbər verir ki, Şimali Makedoniya təmsilçisi Albaniyanın "Vlazniya" klubunun müdafiəçisi Filip Qliqorovu heyətinə qatıb.

27 yaşlı müdafiəçi 2016-ci ildə də "Şkupi"də oynayıb.

Qeyd edək ki,  klub bundan əvvəl millimizin sabiq futbolçusu Elvin Yunuszadəni transfer edib.

Əlavə edək ki, “Neftçi” – “Şkupi” matçı avqustun 27-də Bakıda keçiriləcək.