15 yanvar 2021 10:16
958

“Neftqazelmitədqiqatlayihə” İntitutu “Yaşat” Fonduna dəstək olub

SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İntitutunun əməkdaşları əmək haqlarının 10 faizini “Yaşat” Fonduna köçürdülər

Respublikamızın ictimai həyatında daim yaxından iştirak edən SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İntitutunun əməkdaşları “YAŞAT” Fondunun fəaliyyətinə öz töhfələrini vermək qərarına gəlmişlər. İnstitutun əməkdaşlarının və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsünü nəzərə alan rəhbərlik “YAŞAT” Fonduna (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə  vəzifə maaşlarının 10%-i həcmində maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab etmişdir. “YAŞAT” fondunun hesabına 87.802 manat vəsait köçürülmüşdür.

SOCAR-dan "İki sahil"ə verilən məlumata görə, 2020-ci il ərzində “Neftqazelmitədqiqatlayihə” İntitutu tərəfindən  COVID-19-la mübarizə çərçivəsində Koronovirusla Mübarizəyə Dəstək Fonduna və Silahlı Qüvvələrə dəstək fonduna, ümumilikdə 267 min manatdan artıq vəsait köçürülmüşdür.

 Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradılıb.