16 yanvar 2021 03:42
450

"Netflix"in ilk Azərbaycan filmi

Məşhur "Netflix" şirkəti ilk dəfə Azərbaycanla bağlı film çəkib.

"İki sahil" bildirir ki, film Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında ərsəyə gətirilib. İndoneziyada çəkilən ekran işində aktrisa Aça Septriasa və aktyor Reza Rahadian rol alıblar. Çəkilişləri Bakı və İndoneziyada aparılan filmdə Samir və Layla adlı iki gəncin sevgisindən bəhs edilib. Ekran işinin premyerası fevralın 11-də keçiriləcək.