KÖŞƏ

Vəli İlyasov

Cildini dəyişdi, əməlini isə...

18 sentyabr 2018 22:21
2201

Bəziləri var ki, adlarını müxalifət qoyub xarici ölkələrə gedərək orada çörəyini yeyib,  suyunu içdikləri  vətəni haqqında iftiralar yaymaqla məşğul olurlar. Əslində,  bunlar müxalifət deyil, vətəni mənsəbə və ya  beş-on quruşa satan xainlərdir.  Söhbət  indi özünü guya  müxalif  ideyalı adam kimi qələmə verməyə çalışan,  Azərbaycanı parçalamaq niyyəti güdən bir dəstə nadürüstdən gedir. Dərisi beş qəpiyə dəyməyən nankor “polkovnik”  Əlikram Hümbətovun yaxın silahdaşı olan Fəxrəddin Abbasov da  uzun illərdir ki, əməllərində düzəliş etmək əvəzinə  imkanından sui-istifadə edərək xarici ölkələrdə ona-buna quyruq bulamaqla Azərbaycan əleyhinə, müstəqilliyimizə dövlətçiliyimizə qarşı təxribatlarını davam etdirib.  Əslində o, beynəlxalq  axtarışda idi və bunu bilə-bilə çirkin fəaliyyətindən əl çəkmirdi. Deyirlər “Sirkə  nə qədər tünd olarsa,  öz qabını çatladar.” Elə də oldu. Nəhayət,  çanaq Fəxrəddin Abbasovun öz başında çatladı.

Bu il sentyabrın 6-da Moskvanın Lübertsı Rayon Polis İdarəsinin  əməkdaşları tərəfindən Azərbaycanın beynəlxalq axtarışa verdiyi Fəxrəddin Abbasov (Aboszoda-özü seçdiyi soyad) saxlanılıb. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.2, 283.1 maddələri üzrə ittiham irəli sürülüb. O, həmin maddələrin tələbi ilə cəzalandırılmalıdır. Sentyabrın 7-də isə Moskva vilayəti Lübertsı Şəhər Məhkəməsinin hakimi İ.A.Juravlyova Abbasovun Azərbaycan tərəfinə təhvil verilməsi məqsədilə onun barəsində bir  ay müddətinə həbs cəzası hökmü çıxarıb.

Qeyd olunur ki, F.Abbasov barəsində cinayət işi  2018-ci ilin iyul ayının 12-də Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən başlanıb. İyulun 14-də onun barəsində 4 ay müddətinə həbs qərarı qəbul olunub.  Həmin qərarla da Fəxrəddin  Abbasov beynəlxalq axtarışa verilib.

Xatırladaq ki, Fəxrəddin Abbasov 1956-cı ildə Lerik rayonunda anadan olub. Qondarma “Talış-Muğan Respublikası”nın  “ideoloqlarından”  və bədnam “polkovnik”  Əlikram Hümbətovun  sadiq nökərlərindən biri olub. Ağasının köməkliyi ilə 1993-cü ilin yayında qondarma “Talış Muğan Respublikası”nın “parlament sədri” seçilib.  Ulu öndərimiz Heydər Əliyev tərəfindən ifşa edilən, 1993-cü ilin avqustunda xalq tərəfindən qovulan Fəxrəddin Abbasov və onun kimiləri bundan nəticə çıxarmayaraq xain  əməllərini davam etdirmək üçün xarici ölkələrə qaçıblar. Qeyd edək ki, onun sabiq ağası Əlikram Hümbətov və dəstənin  bəzi üzvləri xarici ölkələrdə dövrə vurandan sonra hətta Ermənistana gedərək orada antiazərbaycan çıxışlar ediblər. Fəxrəddin Abbasov isə 1994-cü ildə Azərbaycanı tərk edib və Rusiyada yaşamağa başlayıb. 2005-ci ildə Azərbaycana qayıdaraq talış dilində “Şavnışt” qəzetini nəşr etdirib və az sonra yenidən Rusiyaya qayıdıb.

Fəxrəddin Abbasov uzun illərdir ki, Azərbaycana qarşı hədyanlar yağdırmaqla, ölkəmizin ərazi bütövlüyü əleyhınə  iyrənc fəaliyyət göstərməklə məşğul olur. O, xaricdə müxtəlif konfranslarda və yığıncaqlarda ölkəmizə  və qardaş Türkiyə əleyhinə şər-böhtan kampaniyası aparır, cinayət xarakterli təxribatlar törədirdi. Sirr deyildi ki, o və ətrafındakı dəstə xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetırirdilər. Xüsusilə də  ermənilərlə əlbir olub İrəvandan yayımlanan “Talışıstan” televızıyasının fəaliyyətini koordinasiya edirdilər. Onlara orada elə rahat şərait yaratmışdılar ki, hətta Əlikram Hümbətov öz oğlunu da İrəvanda yaşamağa aparmışdı.

Bunların iç üzləri bəllidir. Ancaq bir məsələ maraqlıdır, görəsən Fəxrəddin Abbasov Azərbaycana gətiriləndə xəyanət etdiyi torpağa necə ayaq qoyacaq,  satdığı soydaşlarının üzünə necə baxacaq?

Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...
Məhərrəm Ağalaroğlu
Dəlləklər